Polkovnik Hüseynov: "Ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar"

Polkovnik Hüseynov: "Ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar"
14:05 29 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanda olan bəzi hərbi texnikalar çoxdan köhnəlib və raketləri də artıq istismar müddətini başa vurub.

Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik Kamal Hüseynov Ermənistanın "OSA" zenit-raket kompleksindən istifadə etməsi, ondan buraxılan raketin heç bir hədəfə dəymədən boş əraziyə düşməsini şərh edərək bildirib.  

Onun sözlərinə görə, Azərbaycanı daim hədələyən Ermənistan ordusunda vəziyyət, əslində, çox bərbaddır: "Erməni tərəfi hələ bir neçə il əvvəl bu modifikasiyadan olan raketlərin modernləşdirilməsinə cəhd göstərmişdi. Lakin sonradan özlərinin də etiraf etdiklərinə görə maliyyə problemləri ucbatından onlar bu planı həyata keçirə bilmədilər.

Məndə olan məlumata görə, raketin birinin boş əraziyə düşməsi bir tərəfə, peşəkarlıq və bacarıq səviyyələri "həmişə yüksək olan" erməni hərbçiləri digər raketlə öz pilotsuz uçuş aparatlarını da məhv ediblər".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR