Polisin rezin güllələrinə əhali nizə və oxlarla cavab verdi

Braziliyada yerli Amazon sakinləri torpaqlarının əkinçiliklə bağlı razılaşmadan sonra istismar olunmasına etiraz etmək məqsədilə paytaxt Braziliadakı Milli Konqres Binasının qarşısına toplaşıb.

Metbuat.az bildirir ki, 1 həftədir davam edən etirazlara polisin müdaxiləsi zamanı qarşıdurma yaşanıb. Amazonun yerli əhalisi gözyaşardıcı qaz və plastik güllədən istifadə edən polislərə qarşı ox və nizələrlə müqavimət göstəriblər. Bəzi nümayişçilər sapandlarla daş atıb. Nəticədə bir neçə şəxs yaralanıb. Həbs olunanlar var.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR