Türkiyədə "Wikipedia" saytına giriş bağlanıb

Türkiyədə "Wikipedia" saytına giriş bağlanıb
14:42 29 Aprel 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ Türkiyə hakimiyyəti "Wikipedia" Internet ensiklopediyasının resurslarına çıxışı bağlayıb.
“Report” “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu qərar İnformasiya Texnologiyaları və Rabitə Şurası tərəfindən qəbul edilib.
"5651 saylı qanuna uyğun olaraq, İdarə Heyətinin apardığı texniki və hüquqi qiymətləndirmənin nəticələrinə görə, 29 apreldən etibarən “wikipedia.org” saytına qarşı inzibati tədbirlər tətbiq edilir", - Şuranın bəyanatında deyilir.
Bu qərarın səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, Türkiyədə 5651 saylı qanun internet yayımının tənzimlənməsi və bu sahədə törədilən cinayətlərə qarşı mübarizəni nəzərdə tutur. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-hakimiyyeti-wikipedia-saytina-cixisi-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR