Hərbi ekspertlər: "Ermənilərin raketləri istifadə müddəti bitmiş, anbarlarda pas atmış sınıq-salxaq qurğulardır"

Hərbi ekspertlər: "Ermənilərin raketləri istifadə müddəti bitmiş, anbarlarda pas atmış sınıq-salxaq qurğulardır"
14:52 29 Aprel 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ "Cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirən Ermənistan silahlı qüvvələrinin “OSA” zenit raket kompleksindən istifadə etməsi barədə yayılan xəbər məni o qədər də təəccübləndirmədi və həyəcanlandırmadı. Bu raketlər istifadə müddəti bitmiş, anbarlarda qalıb pas atmış sınıq-salxaq qurğulardır".
"Report"un xəbərinə görə, bunu ehtiyatda olan polkovnik İlqar Əliyev deyib.
O qeyd edib ki, həmin komplekslər öz taktiki-texniki xarakteristikalarına görə, Azərbaycan ordusunda olan hərbi texnika ilə heç bir halda müqayisə edilə bilməz: "Tərifləri göyə ucaldılan Ermənistan hərbçilərinin buraxdığı raket boş əraziyə düşüb. Maraqlandım və öyrəndim ki, həmin gün düşmən 3 raket atıb. Keçmiş hərbçi olaraq, dostlarla əlaqə saxlayıb hadisənin mahiyyətini öyrənəndə məşhur fransız filmini xatırladım. Həmin filmdə çəpgöz əsgər səhvən öz təyyarələrini vurduğu kimi, ermənilər də buraxdığı raketlə öz PUA-larını vurub yerə salıb. Maraqlısı da odur ki, “quşu gözündən vurmaqla” qürrələnən erməni mütəxəssislərinin buraxdığı raketlərdən heç biri hədəfə çatmayıb və hamısı boşa çıxıb. Raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma sapandla PUA-ların məhv ediblər.
İ.Əliyev vurğulayıb ki, düşmən əsgərləri və Xocavənddəki erməni əhalisi böyük qorxu və təşviş içindədir.
Ehtiyatda olan polkovnik Kamal Hüseynov isə bildirib ki, ermənilər köhnəlmiş raketləri ilə öz PUA-larını vurub: "Ermənistanda olan bu tip texnika çoxdan köhnəlib və raketləri də artıq istismar müddətini başa vurub. Erməni tərəfi hələ bir neçə il əvvəl bu modifikasiyadan olan raketlərin modernləşdirilməsinə cəhd göstərmişdi. Lakin sonradan özlərinin də etiraf etdiklərinə görə maliyyə problemləri ucbatından onlar bu planı həyata keçirə bilmədilər. Məndə olan məlumata görə, raketin birinin boş əraziyə düşməsi bir tərəfə, peşəkarlıq və bacarıq səviyyələri “həmişə yüksək olan” erməni hərbçiləri digər raketlə öz pilotsuz uçuş aparatlarını da məhv ediblər".




Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ekspertler-ermenilerin-raketleri-istifade-muddeti-bitmis-anbarlarda-pas-atmis-siniq-salxaq-qurgul

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR