Lavrov: “ABŞ-la əməkdaşlıq etməyə tam hazırıq”

Lavrov: “ABŞ-la əməkdaşlıq etməyə tam hazırıq”
14:53 29 Aprel 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

“Suriya məsələsi ilə bağlı ABŞ-la əməkdaşlıq etməyə tam hazırıq”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iordaniyalı həmkarı Eyman el Safadi ilə görüşü zamanı bildirib.

Sergey Lavrov deyib ki, Suriya probleminin həll edilməsində Rusiya və ABŞ arasında əməkdaşlıq edilməsi ciddi rol oynayır:

“Tam əmin olun ki, Rusiya ABŞ-la bu əməkdaşlığa tam hazırdır. Sadəcə olaraq rəsmi Vaşinqtonun da eyni münasibət göstərməsini gözləyirik. Suriyada Bəşər Əsədin hökumət qüvvələri ilə müxalifət arasında atəşkəsin əldə edilməsi ölkədəki terror təhdidlərinin də qarşısını almış olar. Bu problemin həlli üçün Suriyada terrorla mübarizə aparan bütün qüvvələrin səyləri birləşdirilməlidir. Burada mən xüsusi olaraq Rusiyanın Hərbi Hava Qüvvələri ilə ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərini nəzərdə tuturam”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR