Rusiyalı gimnast: Milli Gimnastika Arenasında gözəl mühit var

Rusiyalı gimnast: Milli Gimnastika Arenasında gözəl mühit var
14:55 29 Aprel 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Milli Gimnastika Arenasında gözəl mühit var.

Bunu Trend-ə rusiyalı gimnast Aleksandra Soldatova deyib.

O, yarışların ikinci günündə öz çıxışından elə də razı qalmadığını deyib: “Mənim çıxışlarımda iki həftəlik fasilə yaranmışdı. Eyni zamanda, biz lentlə hərəkətlərdə dəyişiklik etmişdik. Bəlkə də hakimlər və tamaşaçılar bunu görə bilmir, amma proqramda ən xırda dəyişiklik səhvlərə yol aça bilər. Elementləri çox təkrarlamaq lazımdır, yəqin ki, mənim vaxtım az olub”.

A.Soldatova Qara Qarayevin “İldırımlı yollarla” musiqisi altında gürzlərlə çıxış edib: “Musiqi seçimi bizimdir, biz bu proqramı hələ sentyabr ayında hazırlamışıq”.

İdmançı Milli Gimnastika Arenasında gözəl mühit olduğunu qeyd edib və azərbaycanlı tamaşaçılara göstərdikləri dəstəyə görə təşəkkür edib.

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.

Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR