ABŞ Şimali Koreyanı bu gün vuracaq? – Rusiyadan XƏBƏRDARLIQ

ABŞ Şimali Koreyanı bu gün vuracaq? – Rusiyadan XƏBƏRDARLIQ
15:18 29 Aprel 2017
157 Dünya
Ölkə mətbuatı
A- A+

“Şimali Koreyanın yeni ballistik raketləri sınaqdan keçirməsi regionda nüvə müharibəsi riskini artırıb”.

Publik.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin sədri Viktor Ozerov bildirib.

V.Ozerov deyib ki, yaranan vəziyyət ABŞ və Şimali Koreya arasında gərginliyi daha da artırıb:

“Vəziyyətin gərginləşməməsi üçün tərəflər hərbi ritorikalara son qoymalıdır. Eyni zamanda, ABŞ döyüş gəmilərini Yapon dənizindən geri çəkməlidir. İnanıram ki, ABŞ prezidenti Donald Tramp vəzifəsinin 100-cü gününü Şimali Koreyanı vurmaqla qeyd etməyəcək”.

Xatırladaq ki, aprelin 29-u Donald Trampın ABŞ prezidenti vəzifəsində olmasının 100-cü günü tamam olur.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR