Azərbaycanın turizm imkanları Daşqənddə təqdim olunub

Azərbaycanın turizm imkanları Daşqənddə təqdim olunub
15:27 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ Daşkənd Dövlət İqtisadiyyat Universitetində "Turizm təhsili: problemlər və perspektivlər" adlı konfrans keçirilib.
"Report"un məlumatına görə, tədbirdə Azərbaycanı ölkənin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Konfransda mərkəzinin nümayəndəsi Kifayət Pirməmmədova Azərbaycan Turizm və Menecment Universiteti barədə məruzə edib. O, Azərbaycanda turizm təhsili sahəsində dünya standartlarına cavab verən ali təhsil ocağının tədris prosesi və tədrisdə qazanılan uğurlar barədə danışıb.
Daha sonra müzakirələr keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzi direktoru Samir Abbasov Azərbaycanın turizm təhsili sahəsində Özbəkistanla əməkdaşlığa önəm verdiyini qeyd edib. S.Abbasov Azərbaycanın turizm sahəsində böyük infrastruktur layihələrinin həyata keçirdiyini, ölkənin şəhərlərinin görkəminin tamamilə dəyişdiyini və son illər Azərbaycana böyük turist axının olduğu vurğulayıb. 





Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azerbaycanin-turizm-imkanlari-dasqendde-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR