Kamal Hüseynov: “Ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar”

Kamal Hüseynov: “Ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar”
15:38 29 Aprel 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Düşmən tərəfinin “OSA” zenit raket kompleksindən istifadə etməsi, ondan buraxılan raketin heç bir hədəfə dəymədən boş əraziyə düşməsi barədə xəbəri ehtiyatda olan polkovnik Kamal Hüseynov şərh edib.

O, Publika.az-a bildirib ki, Ermənistanda olan bu tip texnika çoxdan köhnəlib və raketləri də artıq istismar müddətini başa vurub.

"Erməni tərəfi hələ bir neçə il əvvəl bu modifikasiyadan olan raketlərin modernləşdirilməsinə cəhd göstərmişdi. Lakin sonradan özlərinin də etiraf etdiklərinə görə maliyyə problemləri ucbatından onlar bu planı həyata keçirə bilmədilər.

Məndə olan məlumata görə, raketin birinin boş əraziyə düşməsi bir tərəfə, peşəkarlıq və bacarıq səviyyələri “həmişə yüksək olan” erməni hərbçiləri digər raketlə öz pilotsuz uçuş aparatlarını da məhv ediblər".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/196953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR