Xəstəxanalıq olan əməkdar artist: "Sənət yoldaşlarımın məndən xəbəri yoxdur" - FOTO

Xəstəxanalıq olan əməkdar artist: "Sənət yoldaşlarımın məndən xəbəri yoxdur" - FOTO
15:52 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Əjdər Həmidovun xəstəxanalıq olması haqqında xəbər vermişdik. Məşhur aktyor Milli.Az-a səhhəti haqda danışıb:

"Mən bir neçə illərdir ki, nevroz xəstəliyindən əziyyət çəkirəm. Bundan da əlavə təzyiqim yüksəkdi. Şayə yayılmışdı ki, guya insult keçirmişəm, amma bu, yalan xəbərdir. Hələ bir neçə gün xəstəxanada qalacam, ola bilsin ki, gələn həftə evə buraxdılar. Sənət yoldaşlarımın bir çoxunun xəbəri yoxdur, ona görə də hələ yanıma gəlməyiblər. Amma zəng edib gələcəklərini söyləyənlər də olub".

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/540011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR