Qırğızıstanda torpaq sürüşməsi

Bu gün yerli vaxtla saat 6:40-da Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində güclü torpaq sürüşməsi olub

Metbuat.az Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 11 ev torpaq altında qalıb.

İlkin məlumatlara görə, torpaq altında qalan 4 ev boş olub. Bildirilir ki, torpaq altında 6 ailə qalıb, onların 9-u uşaqdır.

Verilən məlumatlara görə, torpaq sürüşməsi nəticəsində 24 nəfər həlak olub.

Rəsmi qurumlar torpaq sürüşməsinin təkrarlanmasını inkar etmirlər. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR