Azarkeş: Dünya Kubokunda nümayiş etdirilən videoçarxlar çox orijinaldır

Azarkeş: Dünya Kubokunda nümayiş etdirilən videoçarxlar çox orijinaldır
16:08 29 Aprel 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda nümayiş etdirilən videoçarxlar çox orijinaldır.

Bunu Trend-ə tamaşaçı Xanım Əhmədova deyib.

Onun sözlərinə görə, açılış mərasimində göstərilmiş çarx Azərbaycan gimnastikasının ildən-ilə inkişaf etdiyini göstərir.

X.Əhmədova deyib ki, o gürcüstanlı gimnast Viktoriya Şeliaya azarkeşlik edir: “Ondan başqa, Rusiya gimnastları Arina Averina və Aleksandra Soldatovanın da çıxışları xoşuma gəldi”.

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.

Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR