İnyesta Barselona derbisini buraxacaq

İnyesta Barselona derbisini buraxacaq
16:14 29 Aprel 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

“Barselona” La Liqanın XXXV turu çərçivəsində bu gün “Espanyol”la keçirəcəyi matça daha bir itki ilə çıxacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu Andres İnyestanın xidmətindən istifadə edə bilməyəcək.

 

Buna səbəb təcrübəli futbolçunun zədəli olmasıdı. 32 yaşlı yarımmüdafiəçi bu səbəbdən komandasının dünən axşamkı məşqinə qatılmayıb. Məşqçilər korpusu İnyestanın adını “Espanyol”la görüşün iştirak ərizəsinə daxil etməyib.

 

İnyesta ilə yanaşı, “Barselona”da Rafinya Alkantara, Aleyş Vidal və Jeremi Matyo da zədədən əziyyət çəkir.

 

Qeyd edək ki, Barselona şəhərinin derbisi Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR