Beynəlxalq Muğam Mərkəzində M.Müşfiq yaradıcılığına həsr olunmuş tədbir keçirilib - FOTO

Beynəlxalq Muğam Mərkəzində M.Müşfiq yaradıcılığına həsr olunmuş tədbir keçirilib - FOTO
16:27 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

28 aprel Beynəlxalq Muğam Mərkəzində M. Müşfiq yaradıcılığına həsr olunmuş musiqili əbədi gecə keçirildi. Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində təşkil olunmuşdu. Gecədə universitetin tələbələri və 

Xalq Çalğı Alətləri ansamblı çıxış etdi. Konsertin bədii rəhbəri Zamiq Əliyev idi. Ansamblın üzvləri:

- Aşurov Mustafa - tar (prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı, ADMİU-nun müəllimi), Allahverdiyev İlqar - tar, Abdullazadə Nurlan - fortepiano, Haşımlı Fərrux - kamança,  Eminli Emin- ud, Cabbarlı Fizzə - qanun, Aidə Hicran - qanun, Qasımzadə Zamin - balaban, Cəfərli Hüseyn - nağara, Alparslan Doğukan Yeşilbaş  - zərb alətlərində ifaçıları müşayət etdilər. 

Tamaşaçılar qarşısına Nuranə Dadaşova çıxaraq şairin "Bu gecə" şerini səsləndirdi, daha sonra səhnəyə universitetin tələbələri:

- Səfərli Məftun, Məmmədov Məlik, Təhməzov Tamerlan, Həmzəyev Həmid, Qədimzadə Kamil, 

Qaçayev Rəvan, Mirzəyeva Xədicə,  Fətullayev Mehman,  Ağayev Asiman çıxaraq həm şairin sözlərinə bəstələnmiş mahnıları ifa etdilər, həmdə unudulmaz şerlərini səsləndirdilər.

Tələbələrin ifasında Ələkbər Tağıyevin "Qal sənə qurban", Hacı Xanməmmədovun "Qurban olduğum", "Arzuya bax sevgilim", Əlibaba Məmmədovun "Yaşa ürəyim", "Söylə", Səid Rüstəmovun "Oxu tar" mahnıları ifa olundu. ADMİU nin IV-cü  kurs tələbələri M.Müşfiqin həm də "Yalqız ağac", "Yağış 

yağır", "Yenə o bağ olaydı" şerlərini səsləndirdilər. Gecə tamaşaçıların gur alqışları ilə başa çatdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/540015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR