Azərbaycan vətəndaşı Rusiyaya gizli şəkildə 7 ədəd qızıl boyunbağı aparmaq istəyib

Azərbaycan vətəndaşı Rusiyaya gizli şəkildə 7 ədəd qızıl boyunbağı aparmaq istəyib
16:27 29 Aprel 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun ixrac piyada keçid xəttində Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının əl yüklərinə "Heimann X-ray" markalı rentgen aparatı vasitəsilə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl arabasının dəmir borularının içərisindən gömrük nəzarətindən gizlədilən, çəkiləri müvafiq olaraq 19 qramlı  3 ədəd və 18 qramlı 4 ədəd, ümumilikdə təqribi çəkisi 129 qram təşkil edən 7 ədəd qızıldan hazırlanan boyunbağı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-vetendasi-rusiyaya-gizli-sekilde-7-eded-qizil-boyunbagi-aparmaq-isteyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR