Myanmada sərnişin avtobusu dərəyə yuvarlandı

Myanmanın cənub-şərqində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 17 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Metbuat.az bildirir ki, hadisə Taylandla sərhəddəki Miavvadi şəhərində baş verib. İlkin ehtimala görə sürücü qarşı tərəfdən gələn digər avtomobillə toqquşmamaq üçün avtobusu əks tərəfə çıxarmaq istədikdə, qəza qeydə alınıb. Ölənlərin əksəriyyəti yerli immiqrant əməkdaşlarıdır.

Qeyd edək ki, ölkədə yol infrastrukturunun qeyri-kafi olması səbəbiylə belə qəzalar tez-tez müşahidə olunur.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR