Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər xəsarət alıb

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər xəsarət alıb
16:57 29 Aprel 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 29 aprel. REPORT.AZ/ Mingəçevirdə yol qəzası baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu Bağ küçəsində qeydə alınıb. 
Belə ki, Heydər Əliyev prospekti ilə Xaldan qəsəbəsi istiqamətində hərəkət edən "Mersedes" markalı 09-BJ-440 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Rauf Qabil oğlu Kərimov idarəetməni itirərək avtomobili yol kənarındakı işıq dirəyinə və ağaclara çırpıb.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-avtomobil-isiq-direyine-cirpilib-1-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR