18 yaşlı qız sirkə turşusundan zəhərləndi

18 yaşlı qız sirkə turşusundan zəhərləndi
16:57 29 Aprel 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayon sakini sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, Ağsu şəhər sakini, 1999-cu il təvəllüdlü Bəkirova Fəridə Fuad qızı yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.

Valideynləri hadisədən tez xəbər tutduğu üçün onu təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. 18 yaşlı qız xilas olunub.

Fəridə Bəkirova izahatında bildirib ki, o, soyuducudakı sirkə turşusunun su olduğunu düşünərək içib.

Qızın intihara cəhd etdiyi ehtimal olunur. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/540023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR