Zərdabda həmkəndilərinin qoynunlarını oğurlayan dəstə üzvləri saxlanılıb

Zərdabda həmkəndilərinin qoynunlarını oğurlayan dəstə üzvləri saxlanılıb
17:02 29 Aprel 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdab. 29 aprel. REPORT.AZ/ Zərdabda sil-silə oğurluq faktının üstü açılıb.
"Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun Şəftəhal kənd sakini Rafael Əzim oğlu Xəlilov ərizə ilə rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus tövlədən 4 baş xırda buynuzlu heyvan oğurlanıb.
Polis Şöbəsində yaradılan əməliyyat-axtarış qrupu oğurluq faktının üstünü isti izlərlə açıb. Qoyunları oğurlamaqda şübhəli bilinən rayonun Dəliquşçu kənd sakini Amin Mehdi oğlu Səlimov saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, A.Səlimov həmkəndilisi olan yetkinlik yaşına çatmayan Ramin Təvəkkül oğlu Qarayevlə birgə oğurluq edib. A.Səlimov və R.Qarayev birlikdə rayon ərazisində müxtəlif kəndlərdə, sakinlərə məxsus xeyli sayda qoyunları oğurlayaraq onlardan 4 380 manat pul əldə ediblər.
Faktla bağlı Zərdab rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/zerdabda-hemkindilerinin-qoynunlarini-ogurlayan-deste-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR