Bütöv Azərbaycanın HAVA PROQNOZU

Bütöv Azərbaycanın HAVA PROQNOZU
17:03 29 Aprel 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu şəhərlər tarixi Azərbaycan torpaqlarıdır. İşğal, müqavilələr və digər səbəblər onları Azərbaycandan ayırıb, bəzisinin adı, bəzisinin isə milli tərkibi dəyişdirilib. Dünyanın bir çox ölkələrində onlar İran, Dağıstan və Gürcüstan, hətta Ermənistan şəhərləri kimi tanınır. Lakin onların Azərbaycan türklərinin qədim torpağı olduğu da danılmaz tarixi faktdır.

Tarixi torpaqlarımızda bu həftə gözlənilən hava şəraitini təkcə proqnoz olaraq deyil, eyni zamanda həmin bölgələrdən olan soydaşlarımızın dilindən təqdim edirik.

Beləliklə, Publika.az Bütöv Azərbaycanın hava proqnozunu diqqətinizə çatdırır.

Dərbənd

Dərbənddən bizə jurnalist Əsədulla Paşayev məlumat verir. O, Dərbənddə yaşayan soydaşlarımızın problemlərinə toxunur:

“Burada azərbaycanlıları incidən, narahat edən yoxdur. Dağıstan vətəndaşları kimi azərbaycanlılar, digər xalqlar da qanunlardan yararlanır. Real həyata gəldikdə, teatr məsələsi illərdir bizdə problemə çevrilib. Başqa xalqların teatrı olsa da, azərbaycanlıların teatr binası təmirsizdir. Azərbaycanlıların maddi durumunda da çətinliklər var. Düzdür, çətinliklər yalnız bizimlə bağlı deyil. Amma yaşadığımız bölgənin turizm baxımından potensialı var. Təbiəti də buna imkan verir. Bunu inkişaf etdirmək üçün biznesmenlər investisiya yatıra bilərlər. Təəssüf ki, azərbaycanlı biznesmenlər bu məsələyə diqqət etmir. Axı bu torpaq bir vaxtlar Azərbaycann olub, bu gün də burada yaşayanlar azərbaycanlılardır. Ona görə də, onların azərbaycanlıların yaşadığı bu torpaqlara diqqət ayırmalarını arzu edirik”.

Dərbənd: gecə: gündüz:

29 aprel: + 10 + 14

30 aprel: +10 + 15

1 may: + 12 + 17

2 may: + 14 + 19

3 may: + 15 + 20

4 may: + 16 + 20

5 may: + 15 + 20

Cənubi Azərbaycan:

Təbriz: gecə: gündüz:

29 aprel: + 10 + 21

30 aprel: +11 + 23

1 may: + 13 + 25

2 may: + 13 + 23

3 may: + 11 + 22

4 may: + 10 + 23

5 may: + 11 + 23

Ərdəbil: gecə: gündüz:

29 aprel: + 5 + 15

30 aprel: + 9 + 22

1 may: + 9 + 21

2 may: + 10 + 22

3 may: + 10 + 21

4 may: + 9 + 19

5 may: + 9 + 16

Zəncan: gecə: gündüz:

29 aprel: + 10 + 18

30 aprel: + 8 + 20

1 may: + 10 + 22

2 may: + 10 + 20

3 may: + 9 + 20

4 may: + 9 + 18

5 may: + 8 + 21

Xoy: gecə: gündüz:

29 aprel: + 11 + 21

30 aprel: + 11 + 23

1 may: + 13 + 25

2 may: + 13 + 23

3 may: + 11 + 23

4 may: + 11 + 24

5 may: + 13 + 21

Həmədan: gecə: gündüz:

29 aprel: + 10 + 20

30 aprel: + 11 + 19

1 may: + 10 + 22

2 may: + 11 + 19

3 may: + 10 + 21

4 may: + 10 + 19

5 may: + 10 + 21

Urmiya: gecə: gündüz:

29 aprel: + 9 + 20

30 aprel: + 9 + 23

1 may: + 11 + 24

2 may: + 10 + 23

3 may: + 9 + 23

4 may: + 9 + 24

5 may: + 11 + 23

Qərbi Azərbaycan

İrəvan: gecə: gündüz:

29 aprel: + 10 + 19

30 aprel: + 10 + 21

1 may: + 11 + 24

2 may: + 12 + 23

3 may: + 11 + 20

4 may: + 12 + 22

5 may: + 13 + 21

Dərələyəz: gecə: gündüz:

29 aprel: + 9 + 17

30 aprel: + 9 + 19

1 may: + 9 + 20

2 may: + 12 + 20

3 may: + 9 + 19

4 may: + 9 + 19

5 may: + 10 + 17

Göyçə: gecə: gündüz:

29 aprel: + 2 + 9

30 aprel: + 3 + 11

1 may: + 4 + 15

2 may: + 6 + 14

3 may: + 4 + 11

4 may: + 5 + 10

5 may: + 6 + 9

Ağbaba: gecə: gündüz:

29 aprel: + 4 + 14

30 aprel: + 6 + 16

1 may: + 4 + 20

2 may: + 7 + 18

3 may: + 7 + 16

4 may: + 6 + 15

5 may: + 6 + 17

Zəngəzur

17 yaşına qədər daim Zəngəzurun Əldərə kəndində yaşayan riyaziyyatçı-alim Nazim İbrahimov 1988-ci ilə qədər daim ora gedib-gəldiyini deyir.

“Elə bir tətil, bayram olmazdı ki, kəndimizə getməyim. İndi isə kəndimizə İrandan baxıram. Aranlı-yaylaqlı, çayın başlanğıcından Araza tökülənə qədər böyük bir vadini əhatə edən kəndimiz var idi. Kəndimizin mənzərəli yerləri çox idi. Rayonda demək olar ki, bazar yox idi, hər kəs məhsulu bir-biri ilə bölüşürdü. İnsanlar çox mehriban idi, insanlar heyvandarlıq, bağçılıqla məşğul olurdular, gözəl yaylaqlarımız var idi. Atam kənd məktəbinin direktoru idi, bizim məktəb 1970-ci ilə qədər yeganə azərbaycanlı orta məktəb idi. Məktəbimiz görkəmli alimlər yetişdirib. Təkcə bizim kənd yox, Mehri rayonunun digər azərbaycanlılar yaşayan kəndlərindən də, Zəngilanın dəmiryolu üstündə yaşayan uşaqlar də gəlib həmin məktəbdə təhsil alırdı”.

Zəngəzur: gecə: gündüz:

29 aprel: + 6 + 15

30 aprel: + 8 + 17

1 may: + 10 + 19

2 may: + 10 + 17

3 may: + 7 + 17

4 may: + 7 + 18

5 may: + 9 + 14

Borçalı

Azərbaycanlıların Mədəniyyət mərkəzinin gənclər təşkilatının rəhbəri Nərgiz Əliyeva Borçalıda bu aylarda təsərrüfatda işlərin canlandığını deyir. Onun sözlərinə görə, əhali yalnız təsərrüfatla məşğul olmur, yeni yetişən nəsil ictimai həyatda daha fəaldır:

“Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin vətəndaşı olaraq hüquqlarından istifadə edir. Azərbaycanlılar gürcü dilini öyrənməklə ictimai-siyasi həyatda özlərinə yer tutmağa çalışırlar. Bu gün Gürcüstanda 3 mindən çox azərbaycanlı gənc təhsil alır, bu da çox böyük rəqəmdir. Gənclərimiz həm dövlət, həm də özəl sektorda təmsil olunur. Burada fəaliyyət göstərən təşkilatlar da Azərbaycan mədəniyyətini, incəsənətini yaşatmağa çalışır.

Azərbaycanlıların əksəriyyətinin yaşadığı bölgələrdə əhali bu gün kənd təsərrüfatı ilə məşğuldur. Onlar məhsulları yetişdirib, satmaqla məşğul olurlar. Ümumiyyətlə, biznesdən tutmuş ictimai-siyasi həyata qədər azərbaycanlılar bir çox sahələrdə təmsil olunurlar. Parlamentdəki 4 deputatımızın 2-si gəncdir. Gənclər arasında nazirliklərdə, yerli idarəetmə orqanlarında da işləyənlərin sayı kifayət qədərdir”.

Borçalı: gecə: gündüz:

29 aprel: + 10 + 22

30 aprel: + 13 + 24

1 may: + 13 + 27

2 may: + 15 + 23

3 may: + 15 + 22

4 may: + 13 + 23

5 may: + 11 + 21

Qarabağ:

Qarabağ: gecə: gündüz:

29 aprel: + 14 + 22

30 aprel: + 15 + 25

1 may: + 18 + 27

2 may: + 20 + 27

3 may: + 20 + 27

4 may: + 19 + 24

5 may: + 19 + 22

Naxçıvan

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbov Naxçıvanın sonuncu kəndində də çox gözəl şəraitin olduğunu deyir.

“Şəhərin mərkəzindəki kimi kəndlərdə də infrasturuktur çox mükəmməl qurulub. Küçələr tər-təmiz, yaşıllaşdırma yüksək səviyyədədir. Qoruq kimi mühafizə olunan təbiət ərazilərinin sahəsi ümumi ərazinin 27 faizini təşkil edir. Ordubad Yasaqlığı, Arazboyu, Arpaçay Dövlət Yasaqlığı, Şahbuz Dövlət Təbiət Qoruğu, Həsən Əliyev adına Ordubad Milli Parkı kimi qorunan yaşıllıqlarımız var.

Naxçıvan iqlimi ayrıca bir iqlim növüdür, bir anda qar yağa, ardınca parlaq günəş də çıxa bilər. Naxçıvanda əhalinin əhvalı da yüksək səviyyədədir. Hərə öz işindədir. Ən asası odur ki, hər yerdə nizam-intizam yüksəkdir”.

Naxçıvan: gecə: gündüz:

29 aprel: + 10 + 23

30 aprel: + 12 + 24

1 may: + 14 + 25

2 may: + 16 + 25

3 may: + 14 + 25

4 may: + 13 + 25

5 may: + 14 + 22

Bakı: gecə: gündüz:

29 aprel: + 12 + 17

30 aprel: + 13 + 20

1 may: + 14 + 22

2 may: + 16 + 24

3 may: + 17 + 23

4 may: + 18 + 23

5 may: + 17 + 21


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/196962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR