Arina Averina bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülükdə qızıl medal qazanıb

Arina Averina bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülükdə qızıl medal qazanıb
17:08 29 Aprel 2017
32 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Rusiya gimnastı Arina Averina Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülükdə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, dörd hərəkətin yekununda A.Averina 71,250 xal toplayıb.

Digər rusiyalı gimnast Aleksandra Soldatova 70,800 xalla ikinci yerə layiq görülüb. Üçüncü yer 68,400 xal toplamış bolqarıstanlı Neviana Vladinova və belaruslu Alina Qornosko arasında bölünüb.

Azərbaycanlı gimnastlar Jalə Piriyeva və Zöhrə Ağamirova 61,850 və 60,200 xal yığaraq müvafiq olaraq, 12 və 14-cü yerləri tutublar.

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.

Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR