Türkiyədən oğurlanmış 5 min il yaşı olan heykəl satışa çıxarıldı - FOTOLAR

Türkiyədən oğurlanmış 5 min il yaşı olan heykəl satışa çıxarıldı - FOTOLAR
17:13 29 Aprel 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədən oğurlanan 5 min il tarixi olan qadın heykəli 14,5 milyon dollara satışa çıxarılıb

Publika.az xəbər verir ki, ABŞ-ın Nyu-york şəhərindəki "Christies" hərrac evinin təşkil etdiyi hərracda Türkiyədən oğurlanan 5 min il tarixi olan qadın heykəli satışa çıxarılıb.

"Guennol Stargazer" (Guennol Ulduz Ovçusu) adlanan heykəl təxminən 14,5 milyon dollara satılarkən hərrac keçirilən binanın ətrafında toplaşan türklər satışa etiraz edib.

Türkiyənin Anadolu əyalətindən oğurlanan heykəlin geri qaytarılması üçün hüquqi işlər başladılıb.

Aparılan araşdırmalarda heykəlin Türkiyə mənşəli olduğu, Manisa Muzeyində oxşar nümunələrinin yer aldığı təsbit edilib. Ölkəyə qeyri-qanuni yollarla gətirilmiş heykəlin hərrac evində satışdan çıxarılması tələb edilib.

Nyu-Yorkun əsərin satışdan çəkilməsinə və Türkiyəyə təhvil verilməsi ilə bağlı qarşı tərəfin tələbinə mənfi cavab verməsi səbəbilə hüquqi proses başladılıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR