"Barselona"nın oyunçusu "Real"a keçə bilər

"Barselona"nın oyunçusu "Real"a keçə bilər
17:37 29 Aprel 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

"Real" yayda "Barselona" akademiyasının yetirməsi olan Mark Kukurelyanı transfer edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu yayda Kataloniya klubu ilə başa çatacaq müqavilənin müddətini uzatmamaq qərarı verib. Gənc müdafiəçinin bu addımı atmasına səbəb kimi əsas komandaya cəlb edilməməsi göstərilir.

Qeyd edilib ki, "Real"ın nümayəndələri Mark Kukurelyanın həm özü, həm də menecerləri ilə razılığa gəlib.

İspan oyunçu ilə "Mançester Siti" və Dortmund "Borussiya"sının da maraqlandığı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR