Mişel Trampın inauqurasiyasında niyə bikef idi? - İlk dəfə açıqladı - FOTO

Mişel Trampın inauqurasiyasında niyə bikef idi? - İlk dəfə açıqladı - FOTO
17:52 29 Aprel 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın yanvarın 20-də prezident Donald Trampın inauqurasiya mərasimində narazı və bikef görünüşü aylardır ki, hələ də müzakirə olunur.

Milli.Az bildirir ki, qafqazinfo-nun "Ria Novosti"yə istinadən məlumatına görə, Mişel Obama Orlando ştatında institutlardan birində çıxışı zamanı məsələyə münasibətində bildirib ki, o an, sadəcə, göz yaşlarını tutmağa çalışıb.

"Mən insanların gözlərimdəki yaşı görməyini istəmirdim, əks təqdirdə mənim yeni prezidentə görə ağlayacağımı düşünəcəkdilər", - M.Obama söyləyib. 

Eks "First Lady", həmçinin qeyd edib ki, prezident administrasiyasında həyat çətin olub və övladlarının yenidən bu yoldan keçmələrini istəməzdi: "Hazırda gecələr pəncərələri rahatlıqla açır və müşayiətsiz harasa rahat gedirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR