Tanınmış azərbaycanlı aktyor əməliyyat olunacaq - VİDEO

Tanınmış azərbaycanlı aktyor əməliyyat olunacaq - VİDEO
18:04 29 Aprel 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı aktyor Elməddin Cəfərov növbəti dəfə əməliyyat etdirmək niyyətindədir. Bu barədə aktyor Lent.az-ın canlı yayımında qonaq olarkən deyib. O bildirib ki, artıq əməliyyatı gecikir: “Uşaqlıqda burnumda və boğazımda artıq ət var idi. 6 yaşımda kəsdirmişdim. Amma o yenə inkişaf edib. Mən tez-tez xəstələnirəm. Yoxlatdıq, dedilər ki, burundan nəfəs zəif gedir, ağızdan nəfəs alırsan, soyuq dəymə də ağ ciyərə tez gedir. Ona görə də xəstələnirəm. Düz 3 ildir ki, o əməliyyatı etdirə bilmirəm. Dəhşət qorxuram. Allah kömək olsun, əməliyyatdan qorxuram. Bilirəm ki, gec-tez o əməliyyatı etdirməliyəm. Artıq bu il gecdir, mart ayına qədər etdirməli idim, ürəklənə bilmədim. Qaldı gələn ilə. Gələn 2018-ci ildə mütləq əməliyyat etdirəcəm”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR