"Beşiktaş" və "Qalatasaray"ın Benatia mübarizəsi

"Beşiktaş" və "Qalatasaray"ın Benatia mübarizəsi
18:17 29 Aprel 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"da icarə əsasında çıxış edən "Bavariya"nın futbolçusu Medhi Benatia Türkiyəyə köçə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mərakeşli müdafiəçi uğrunda İstanbulun 2 klubu mübarizəyə başlayıb.

Belə ki, "Beşiktaş" və "Qalatasaray" Benatianı heyətinə qatmaqda maraqlıdı. Hər iki klubun rəhbərliyi qarşı tərəflə rəsmi danışığa start verib.
 
Karyerası ərzində "Marsel", "Udineze" və "Roma" klublarının da formasını geyinən 30 yaşlı futbolçu 2008-ci ildən Mərakeş yığmasının da şərəfini qoruyur. Benatia yığmada 42 oyunda 1 qola imza atıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR