Türkiyə İraq və Suriyada 89 terrorçunu məhv edib

Türkiyə İraq və Suriyada 89 terrorçunu məhv edib
18:17 29 Aprel 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 25-dəİraq və Suriyanın şimalında PKK terror təşkilatı və PKK-nınSuriya qolu PYD-nin silahlı qanadı YPG-nin düşərgələrinə endirilən hava zərbəsinin nəticələrini açıqlayıb.

Milli.Az APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İraqın şimalındakı Sincar dağındakı PKK düşərgələrinin məhv edilməsi nəticəsində 40-dan çox terrorçu öldürülüb.

Suriyanın şimalındakı Karaçok dağlarındakı YPG düşərgələrinə endirilən zərbələr nəticəsində isə 4-ü yüksək səlahiyyətli şəxs olmaqla, 49 terrorçu məhv edilib. Hava zərbələri nəticəsində 90-dan çox da terrorçu yaralanıb.

Bu gün yerli vaxtla səhər saat 07.10-07.22 radələrində isə Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Sinat-Haftanin bölgəsində PKK hədəflərini bombalayıb. Nəticədə 6 terrorçu öldürülüb. Eyni zamanda Türkiyənin Adıyaman bölgəsində terror aktı törətməyə hazırlaşan 8 terrorçu öldürülüb.

Türkiyənin Tunceli  rayonunun Hozat qəsəbəsində aparılan antiterror əməliyyatlarında isə daha 10 terrorçu öldürülüb və əməliyyat zamanı öldürülən terrorçuların sayı 20 nəfərə çatıb. Vanın Çatak rayonunda antiterror əməliyyatlarında 3 terrorçu öldürülüb, 1 terrorçu təslim olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR