"Real"ın futbolçusu qərarını verdi

"Real"ın futbolçusu qərarını verdi
18:37 29 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının futbolçusu Toni Kroosun növbəti mövsümü hansı komandada keçirəcəyi məlum olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi "kral klubu"ndan ayrılmaq fikrində deyil.

İspaniyanın "Marca" nəşri "Mançester Yunayted"in Kroosun xidmətində maraqlı olduğunu və yayda onu heyətinə qatmağa çalışacağını yazmışdı. Lakin 27 yaşlı futbolçu "Real"da özünü xoşbəxt hiss etdiyini bildirib.
 
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Toni Kroos "Real"a 2014-cü ildə transfer edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR