6 sərnişin avtobusu yandı

Türkiyənin Bursa şəhərinin Osmanqazi məhəlləsindəki Beynəlxalq və Şəhərlərarası Avtobus Terminalındakı avtobus parkında 6 sərnişin avtobusu yanıb.

Metbuat.az bildirir ki, hələlik təyin olmayan səbəbdən baş verən yanğın qısa müddət ərzində şiddətlənib. Hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələri yanğını söndürüb.

Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR