Rusiya haqda inanılmaz faktlar

Metbuat.az dünyanın super güclərindən olan Rusiya haqqında bəzi məlumatları təqdim edir:

İddiaya görə Rusiyada heç kəsin yerini bilmədiyi və xəritələrdə belə yer almayan 15 gizli şəhər mövcuddur.

Ortalama bir rus ildə 18 litr spirt istehlak edir. Bu nisbət mütəxəssislərin müəyyən etdikləri təhlükə sərhədinin iki qatı həcmindədir.

Yeni çıxan bir qanunla Rusiyada uşaqlarla homoseksuallar haqqında danışmaq qadağandır. Bunu edənlər haqqında "gəncləri homoseksuallığa yönləndirmək" ittihamı ilə cinayət işi açılır.


Rusiyada çirkli avtomobil idarə etmək qanun pozuntusu hesab edilir.

Qərb Sibirdə olan Megion bölgəsinin meri tərəfindən "bəhanə uydurmaq" qadağan edilib.

ABŞ Alyaskanı Rusiyadan 1867-ci ildə 7.2 milyon dollara satın alıb.

Pivə Rusiyada 2011-ci ilə qədər spirtli içki sinifinə daxil deyildi. Bununla əlaqədar qanun dəyişənə qədər yüzdə 10 spirt dəyərinin altında olan içkilər "spirtli içki" sinifinə aid edilmirdi.


Rusiya və ABŞ sərhədinin ən yaxın olduğu yer olan Diomede adalarında yerləşir. Burada iki ölkə arasındakı məsafə yalnız 4 kilometrdir. Kiçik Diomede adası ABŞ sərhədlərinin içində yerləşdiyi halda, Böyük Diomede adası isə Rusiyaya bağlıdır.

Birinci Pyotrun zamanında Rusiyada “Saqqal vergisi” adında bir vergi toplanırdı. Ölkədə saqqal saxlayan hər kəs bu vergini vermək məcburiyyətində idi.

Rusiyada bəzi muzeylərdə sənət əsərlərini gəmiricilərdən qorumaq üçün pişiklərdən istifadə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR