“Neftçi” rekordçudu: Qapıları səhv salmaqda

“Neftçi” rekordçudu: Qapıları səhv salmaqda
19:12 29 Aprel 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında mövsümün 8-ci avtoqolu qeydə alınıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, növbəti uğursuz son turda qapıları səhv salıb.
 
Ruslan Abışov "Neftçi"nin "Qarabağ" ilə ev matçında öz qapısına qol vurub. Bununla, Ağdam təmsilçisi "Qəbələ" ilə birlikdə ən çox avtoqola sevinən komanda olub - 3 dəfə.
 
Maraqlıdı ki, Qurban Qurbanovun komandası hər üç halda "Neftçi"lilərin xətasına sevinib. Ruslan Abışovda bu, ilkdisə, Jairo Rodriges 2 dəfə rəqibi sevindirib.
 
Maraqlıdı ki, avtoqola sevinənlər kimi üzülənlərin də sayı 3-dü. "Neftçi" rekord sayda - 5 belə halla üzləşib. Jairo Rodriges 3, Georgi Navalovski və Ruslan Abışov 1 dəfə öz qapısını nişan alıb. Skarlatake "İnter"in 2-ci belə üzüntüsünə səbəb olub. Onadək Denis Silva da qapıları səhv salmışdı. Paytaxtdan kənarı təmsil edən klubların yeganə avtoqoluna isə Renan Silva ("Kəpəz") imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR