Fransız qadınlarının sirri - niyə onlar daha cazibədardırlar?

Fransız qadınlarının sirri - niyə onlar daha cazibədardırlar?
19:13 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Fransız qadınları həmişə diqqət mərkəzində olublar. Dəb, zəriflik, şıklıq, intelektuallıq - özündə bir çox cəhətləri birləşdirən bu qadınlar digər ölkələrdəki həmcinslərindən fərqləniblər. Niyə? Səbəbini isə fransız qadınları özləri yaradırlar.

Milli.Az saqlamheyat.az-a istinadən bildirir ki,fransız qadını heç vaxt "kaş başqa millətdən olaydım" deməz. Deyəcəksiniz ki, alnına Fransa kimi güclü Avropa dövlətinin vətəndaşı olmaq yazılıb, ona görə. Elə isə digər güclü dövlətlərin qadınları niyə şikayətcildir? Demək, məsələ qadının öz torpağına, dilinə, millətinə bağlılığıdır. Bu da rəğbət yaradır.
Fransız qadın heç vaxt tələsməz. Səhər oyananda işə gecikdiyinə görsə belə ənənəvi kuruasan yeyib çayını qurtumlayar. Küçəyə baxımsız çıxmaz. Amma fransız qadınları çox makiyajı da sevmirlər. Onların ən əsas hədəfi gözəl, parlaq dəridir. Mütləq tuş və azacıq dodaq boyası...
Fransız qadın özünə çox inamlıdır. Kişinin xoşuna gəlib-gəlməyəcəyi onu narahat etmir. Bu millətin qadınları kiçik sinəsinə, yersiz xalına, əyri-üyrü dişlərinə, uzun burnuna görə heç vaxt narahat olmur. Əksinə kişidə elə təəssürat yaradır ki, sanki əsl qadın elə belə olmalıdır!
Fransız qadın gülümsər üzlüdür. Hətta yoldan keçən kişilərə də gülümsər. Amma bu o demək deyil ki, hər yanaşan kişiyə "hə" deyər. Bir neçə dəqiqəlik söhbətdən sonra xoşuna gəlməyən kişidən nəzakətlə ayrılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR