Bədii gimnastika üzrə qrup hərəkətlərində Azərbaycan yığması - Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynəb Celep və Ayşən Bayramova Bədii Gimnastika üzrə Dünya Kubokunun finalına vəsiqə qazanıblar.
Milli.Az Trend-ə istinadən bildirir ki, gimnastlar kvalifikasiyada 18,300 bal yığıblar və bu onlara ən yaxşı nəticə ilə finala vəsiqə qazanmaq imkanı verib.
Finala həmçinin Bolqarıstan, Ukrayna, İtaliya, Belarus, İspaniya, Özbəkistan və Macarıstan yığmaları vəsiqə qazanıblar.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində