Merkel: "Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcəyik"

Merkel: "Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcəyik"
19:39 29 Aprel 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcək.

Publika.az xəbər verir ki, bunu ölkənin kansleri Angela Merkel bildirib.

O, qeyd edib ki, parlament seçkiləri dövründə xalqın önəmli hesab etdiyi hər bir məsələni gündəmə gətirəcək. Merkel vətəndaşlıq məsələsinin də bu sırada olduğunu, amma önəmli məsələ olmadığını bildirib. O, əlavə edib ki, Almaniya pasportuna sahib olan türk əsilli vətəndaş bu dövlətə sadiq olmalıdır.

"Burada əsas odur ki, insanları yaşam tərzimizə, konstitusiyamıza və dəyərlərimizə mümkün qədər erkən vaxtlardan inandıraq", - deyə kansler əlavə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR