"Sumqayıt"ın baş məşqçisi: "Udsaq da, üzüntülüyük"

"Sumqayıt"ın baş məşqçisi: "Udsaq da, üzüntülüyük"
19:44 29 Aprel 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ "Oyun barədə nə isə eşitməyi siz də istəmirsiniz. Çünki özünüz də yorulmusunuz. Sizə minnətdarıq ki, bizim oyunlarımızı işıqlandırırsınız. Nələri verə bilmədiksə, bağışlayın".
"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib. O bildirib ki, rəqib ehtiyat heyətlə meydana çıxsa da, komandası digər oyunlarda da "Qəbələ"yə başağrı olub.
Abasov komandasının 6-cı yeri tutmasından pərişan olduğunu vurğulayıb: "Udsaq da, üzüntülüyük. Yadımıza salırıq ki, biz harada ola bilərdik. Bunlar başqa mövzulardır. Bir təsəllim var ki, mən gəncəm, qarşıda oyunlarımız var. Bu gün dəyişdirə biləcəyimiz oyunçu yox idi. Əksinə, qələbə qazanaraq, digər oyunlardakı nəticəni gözləməli idik".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-in-bas-mesqcisi-udsaq-da-uzuntuluyuk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR