İmişlidə yol qəzası baş verib, ər və arvad xəsarət alıb

İmişlidə yol qəzası baş verib, ər və arvad xəsarət alıb
19:44 29 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 29 aprel. REPORT.AZ/ İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaradonlu-Məzrəli ərazisində qeydə alınıb.
Belə ki, Məzrəli kənd sakini, 78 yaşlı Arzuman Əliş oğlu Nəsirov idarə etdiyi “Jiquli” markalı avtomobillə hərəkətdə olarkən digər avtomobillə toqquşub. Nəricədə “Jiquli”nin sürücüsü və avtomobildəki sərnişin, 73 yaşlı Tamella Əliş qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, T.Nəsirova A.Nəsirovun həyat yoldaşıdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-yol-qezasi-bas-verib-er-arvad-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR