Türkmənistan prezidenti cıdır yarışında qalib gəlib

Türkmənistan prezidenti cıdır yarışında qalib gəlib
19:48 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmən atı şərəfinə təşkil olunan cıdır yarışının qalibi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1,2 kilometr məsafəyə at yarışında prezidentdən başqa ölkənin 5 vilayətindən və Aşqabad şəhərindən daha 6 təcrübəli çapar iştirak edib.

Nəticədə Türkmənistan lideri məsafəni 1 dəqiqə 25 saniyəyə qət edərək qələbə qazanıb və yarışın mükafatına - "Toyota Land Cruiser Prado" avtomobilinə layiq görülüb. Sonradan dövlət başçısı atçıların ehtiyaclarını nəzərə alaraq avtomobilin açarını kənd təsərrüfatı məsələləri üzrə vitse-prezident Esenmurad Orazgeldıyevə təhvil verib.

İppodromun direktoru bildirib ki, prezidentin Miras adlı axaltəki atını dövlət başçısının nəvəsi Kərimqulu Berdiməhəmmədov bəsləyib və yarışa hazırlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR