"Ermənilər köhnəlmiş raketlərlə özlərinin aparatlarını vurublar" - Ehtiyatda olan polkovnik

"Ermənilər köhnəlmiş raketlərlə özlərinin aparatlarını vurublar" - Ehtiyatda olan polkovnik
19:49 29 Aprel 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan ordusunun sərəncamında olan "OSA" tipli texnika çoxdan köhnəlib və raketləri də artıq istismar müddətini başa vurub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu düşmən tərəfinin "OSA" zenit raket kompleksindən istifadə etməsi, ondan buraxılan raketin heç bir hədəfə dəymədən boş əraziyə düşməsi barədə xəbəri şərh edən ehtiyatda olan polkovnik Kamal Hüseynov deyib.

K.Hüseynov qeyd edib ki, Ermənistan tərəfi hələ bir neçə il əvvəl bu modifikasiyadan olan raketlərin modernləşdirilməsinə cəhd göstərmişdi. Lakin sonradan özlərinin də etiraf etdiklərinə görə maliyyə problemləri ucbatından onlar bu planı həyata keçirə bilmədilər.

"Raketin birinin boş əraziyə düşməsi bir tərəfə, peşəkarlıq və bacarıq səviyyələri "həmişə yüksək olan" erməni hərbçiləri digər raketlə özlərinin pilotsuz uçuş aparatlarını da məhv ediblər", - deyə ehtiyatda olan polkovnik bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR