Qurban Qurbanov: "Psixoloji üstünlüyün bizim tərəfimizdə olduğunu düşünmürəm"

Qurban Qurbanov: "Psixoloji üstünlüyün bizim tərəfimizdə olduğunu düşünmürəm"
19:57 29 Aprel 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ "Qarabağ" komandasının baş məşqçi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunda "Neftçi" ilə görüşü şərh edib.
"Report"un məlumatına görə, 45 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Futbolçularımı təbrik edirəm. Çempionatın son matçı olsa, düzgün oynamağa çalışdılar. "Neftçi"yə növbəti mövsümdə uğurlar arzu edirəm. Bu il alınmadı. Gələn mövsüm yaxşı olar.
- Hazırlıq planı bəllidir?
- İyunun 1-də yığışacağıq. Yəqin ki, 2 həftə Bakıda olacağıq. Daha sonra Avstriyaya getməyi planlaşdırırıq.
- Rəşad Sadıqovun əvəzlənməsi nə ilə bağlı idi?
- Zədə almayıb, yorğunluq var idi. Ona görə əvəzlədim.
- Əsas heyətə güvəndiniz. Qarşıda kubokun finalı var, zədələrdən çəkinmirsiz?
- Zədələr məşqdə ola bilər. Ona görə narahat olmadım.
- Dino Ndlovu bir qol da vursa, bombardir ola bilərdi. Bunun üçün çalışdığını hiss etdiniz?
- Bu, normal haldır. O, hər oyunda qol vursa, lap yaxşı olar.
- Kubokun finalında psixoloji üstünlüyün "Qarabağ"ın tərəfində olacağını söyləmək olar?
- Kubok tam fərqli turnirdi. Psixoloji üstünlüyün bizim tərəfimizdə olduğunu düşünmürəm.
- Yəqin ki, təlim-məşq toplanışında yoxlama matçları keçirməyi planlaşdırırsınız...
- Əlbəttə, oyunlar olacaq. Beş matç keçirsək, yaxşı olar. Ən azı 4 görüş olacaq.
- Abbas Hüseynov və Təmkin Xəlilzadə ilə maraqlanmağınız barədə xəbərlər doğrudur?
- Bəli, Abbasla maraqlanmışıq. Onun "Qarabağ"a keçidi mümkündür. Təmkinlə bağlı ehtimal isə azdır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qurban-qurbanov-psixoloji-ustunluyun-bizim-terefimizde-oldugunu-dusunmurem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR