İlahiyyatçı axundu ifşa etdi: “Onun Qurandan xəbəri yoxdur” – QALMAQAL

İlahiyyatçı axundu ifşa etdi: “Onun Qurandan xəbəri yoxdur” – QALMAQAL
19:58 29 Aprel 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Son zamanlar islamı əlində bayraq tutub müxtəlif fikir səsləndirənlər  toplumu dindən soyudur və dinin həqiqətlərindən uzaqlaşdırır. Özlərini din adamları adlandıran bu şəxslər islamı düzgün təmsil edə bilmədikləri kimi, insanları yalan məlumatlarla istədikləri tərəfə yönləndirə bilirlər.
 
Elə götürək Mingəçevirdəki Heydər Məscidinin axundu Hacı Ələmdarın çıxışını. O qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kimləsə evləndirsin.  Bunu peyğəmbərin fikri  ilə əsaslandırıb.
 
Guya peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil.
 
Peyğəmbərin belə bir söz deməsi mümkün deyil
 
Milli.Az modern.az-a istinadən bildirir ki, ilahiyyatçı  Elşad Mirinin dediyinə görə, belə din adamlarının əksəriyyətinin Quran kitabından xəbərləri yoxdur:
 
"Subay olaraq ölən çox insan var. Həmin axundun dedikləri xurafatdan başqa bir şey deyil.  Kimin cənnətlik və ya  cəhənnəmlik olduğunu peyğəmbər müəyyənləşdirmir.  
 
Bunu yalnız Allah bilər. Peyğəmbərin belə bir söz deməsi mümkün deyil.  Bu gün ilahiyyatçılar arasında sorğu keçirilsə, səsləndirilən fikirlərə münasibətlər bəlli olar. Açığı, hazırda ilahiyyatçıların 90 faizi Quran kitabından bixəbərdirlər. Bəlkə də kitabı heç oxumayıblar".
 
İlahiyyatçının fikrincə, yalnış fikirlər səsləndirən din adamlarının qarşısını ancaq maarifləndirmə yolu ilə almaq olar:
 
"Bu cür yalan fikirlər səsləndirən din adamlarının sayı çoxdur. Bunun qarşısını almaq üçün düzgün təbliğat aparılmalıdır. Məlum olduğu kimi indiki dövrdə sosial şəbəkələr, mətbuat, telekanallar kiifayət qədər aktivdir. Bunlar vasitəsilə insanları məlumatlandırmaq lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR