Maşın aşdı: ər-arvad yaralandı

Maşın aşdı: ər-arvad yaralandı
20:04 29 Aprel 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

İmişlidə baş verən qəzada ər və arvad xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 17.00 radələrində İmişli rayonunun Qaradonlu-Məzrəli yolunda avtomobilin aşması nəticəsində ər və arvad xəsarət alıb. İmişli sakinləri, avtomobilin sürücüsü 1939-cu il təvəllüdlü Nəsirov Ərzuman Əliş oğlu (kəllə-beyin travması) və onun həyat yoldaşı Nəsirova Tamilla Əliş qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı İmişli polis şöbəsi tərəfindən araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR