Azərbaycanlı məktəblilər beynəlxalq kimya olimpiadasında

Qazaxıstanın paytaxtı Astanada məktəblilərin 51-ci beynəlxalq kimya (Mendeleyev) olimpiadası keçirilib.

Yuxarı sinif şagirdləri arasında keçirilən olimpiadada Azərbaycan, Rusiya, Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rumıniya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Türkiyə, Monqolustan və İsraildən 120 məktəbli iştirak edib.

Nazarbayev Universitetində keçirilən beynəlxalq elm yarışmasında Azərbaycanı təmsil edən komanda böyük uğura imza atıb. Üç mərhələni (2 nəzəri və 1 praktiki) uğurla başa vuran məktəblilərimizdən Əli Əliyev və Turan Məmmədli diplomla təltif ediliblər. Bakıdakı 160 nömrəli klassik gimnaziyanın X sinif şagirdi Nəriman Mirişli gümüş, akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot sinfinin şagirdi Ramil Babazadə isə bürünc medallara layiq görülüblər.

Beləliklə, komandamız 51-ci beynəlxalq kimya (Mendeleyev) olimpiadasını bir gümüş və bir bürünc medalla başa vurub. // AZƏRTAC


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR