"İlhamə Quliyevanın mahnılarını toyxanalarda oxumayın" - aparıcı Lamiyyə

"İlhamə Quliyevanın mahnılarını toyxanalarda oxumayın" - aparıcı Lamiyyə
20:05 29 Aprel 2017
150 Şou
Ölkə mətbuatı
A- A+

"Əsəb keçirmişdim. İlhamə Quliyeva sağlığında bir neçə insana mahnısını oxumağa icazə vermişdi. Dünyasını dəyişəndən sonra hamı başladı oxumağa. Onun mahnıları artıq gözdən düşməyə başlayır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Lamiyyə Ələkbərqızı "Lider maqazin"ə açıqlamasında deyib.

Aparıcı mərhum xalq artisti İlhamə Quliyevanın mahnılarını oxuyanları qınayıb. o bildirib ki, bəstələri pis vəziyyətə salıblar:

"Demirəm oxumasınlar, oxusunlar. Amma yaxşı oxuyanlar oxusun. Məşq vaxtı baxsınlar ki, bunlarda alınır, ya yox. Siz onu pis oxuduqca o mahnılar dəbdən düşəcək. 22 illik efir təcrübəm var. On ildən artıq İlhamə Quliyevanın dostu olmuşam. İncəsənət Universitetini bitirmişəm, musiqişünasam, bunu deməyə haqqım var. Notu da, musiqini də yaxşı bilirəm. Heç kimə söz atmıram. Nə o yaşım, nə də o başımdır. Sözdən qaçan deyiləm. İfalarına baxsınlar və görsünlər necədir. Bəlkə insafa gəlsinlər, onun mahnılarına toxunmasınlar. Nadir Qafarzadə gözəl oxuyub. Bundan sonra da yerindən duran, bacaran və bacarmayan oxuyacaq. Onun əsərlərini yerdən-yerə vururlar. Mənim qadağa qoymaq haqqım yoxdur. Hərə bir cür oxuyur, sındırmısınız ey mahnını. Onun ifaları toyxanada oxunan mahnılar deyil".
 
L.Ələkbərqızı İ.Quliyevanın oğulluğu Orxan Nadirov və bacılarına səslənib:

"Sənətkar ətrafında çox söz-söhbətlər var. O dünyasını dəyişib, arxasınca çıxıb danışmayın. Əgər bacarırsınızsa, onun ev muzeyini yaradın. Bütün əşyalarını, disklərini, röyalını, şəkillərini evində saxlayın, muzey olsun. Mən bilirəm o nə istəyirdi, nəyə icazə verərdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR