ABŞ Türkiyə sərhədini patrul etməyə başladı

ABŞ Türkiyə sərhədini patrul etməyə başladı
20:29 29 Aprel 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ qoşunları türk hərbçiləri və PYD-YPG silahlıları (PKK-nın Suriya qolu) arasında insidentlərin qarşısını almaq məqsədilə Suriya-Türkiyə sərhədini patrul etməyə başlayıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Wall Street Journal” nəşri ABŞ rəsmi şəxslərinə istinadən məlumat yayıb.

 

“ABŞ qüvvələri İŞİD-lə mübarizədəki səyləri heçə endirə biləcək  insidentlərin qarşısını almaq və bölgədə stabilliyi təmin etmək  məqsədi ilə Suriyanın şimalında keşik çəkməyə başlayıb”, - deyə nəşr beynəlxalq koalisiya qərargahının nümayəndəsi Con Dorriana istinadən bildirir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR