Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı
20:32 29 Aprel 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

"Çempionatın son matçı olsa da, diqqətli oynadıq. Maraqlı görüş alındı. "Neftçi"də bu il alınmadı. Onlara uğur arzulayıram. Həm oyundan, həm nəticədən razı qaldım".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Azərbaycan Premyer Liqasının son turunda "Neftçi" ilə qarşılaşan "Qarabağ" 2:1 hesablı qələbəyə sevinib. Çempionluğu erkən təmin etmiş ağdamlıların çalışdırıcısı komandanın yay planlarından danışıb.
 
- Toplanışa nə vaxt başlayacaqsız?

- İyunun 1-də yığışacağıq Bakıda. Burda hazırlıq keçəndən sonra Avstriyaya yollanacağıq. Hələ konkret gün təyin edilməyib.
 
- Start heyətiniz təəccüblü oldu. Əsas oyunçulara şans verdiniz...

- Mən əvvəldən də demişdim ki, son oyunlarda da əsas heyətə şans verəcəm. Zədəyə görə narahat deyildim.
 
- Rəşad Sadıqovun əvəzlənməsi nə ilə bağlı idi?

- Zədə almayıb. Sadəcə yorğunluq var idi. Ona görə əvəzlədim.
 
- Kubok öncəsi psixoloji üstünlük sizdədimi?

- Kubok tam fərqlidi. Buna görə də deməzdim ki, psixoloji üstünlük bizdədi.
 
- Toplanış zamanı neçə yoxlama oyunu keçirməyi düşünürsüz?

- Minimum 4 oyun. Avstriyada yaxşı komandalar olur. Beş görüş keçirsək, daha yaxşı olar.
 
- Abbas Hüseynov ve Təmkin Xəlilzadəni transfer etdiyiniz deyilir...

- Abbasla maraqlanmışıq, yaxın günlərdə açıqlanar. Amma Təmkinlə yox. Onu transfer etmək ehtimalımız azdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR