“VAZ” və “Niva” toqquşdu, yaralananlar var

“VAZ” və “Niva” toqquşdu, yaralananlar var
20:34 29 Aprel 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.  APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. “VAZ 21011” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Ceyhun Yusifov və sərnişini Elşən Yusifov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Onlara tibbi yardım göstərilib vəziyyətlərinin normal olduğu bildirilir

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR