“Mən “Neftçi”nin baş məşqçisiyəm, sevməsəniz də, dözməlisiniz”

“Mən “Neftçi”nin baş məşqçisiyəm, sevməsəniz də, dözməlisiniz”
20:37 29 Aprel 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın son turunun "Qarabağ"la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- Matç haqqında danışın...

- Çempiona qarşı oynadıq. İlk hissədə bərabər oyun getdi. İkinci hissədə "Qarabağ" təzyiqi artırdı. Buraxdığımz ikinci qol kuryoz idi. Amma həyat davam edir. Artıq növbəti mövsümü düşünməliyik.
 
- Bu gün azarkeşlərin olmaması xoşunuza gəldi?

- Məsələni şişirtməyin. Mən bütün azarkeşlərə yox, "Forza Neftçi"yə demişdim, çünki söyüş söymüşdülər. Xuliqan sözünü hamıya aid etməmişdim. Əlbəttə ki azarkeşlerin olmaması mənfi haldı.
 
- Yeni transferlər ediləcəkmi?

- Mövsümü 7-ci yerdə bitirdik. Analiz etsək, son tura qədər 4-cü yeri tutmaq şansımız var idi. Komandaların sayı az olsa da, çempionat maraqlı keçdi. O ki qaldı növbəti mövsümə, klubda yekun iclas olacaq, ondan sonra nəsə deyə bilərəm.
 
- Köməkçilərinizin komandadan getdiyi bildirilir...

- Gəlin, indidən bu barədə danışmayaq. İclas olacaq, ondan sonra saytda məlumat yerləşdiriləcək.
 
- Hazırkı dövrü məşqçi karyeranızın ən zəif dövrü adlandırmaq olar?

- Əlbəttə ki, razı qalmadım. Amma komandanı qurmaq bir günün işi deyil. Sağ olsun, rəhbərlik mənə vaxt verir. Komandanı bu durumdan birlikdə çıxarmalıyıq.
 
- Zdenek Folprext "Neftçi"də qalacaqmı?

- Onun "Slovan"la müqaviləsi var. Onlardan asılıdı. Amma biz ve azarkeşler Folprextdən razıyıq. Yəqin ki, qalacaq "Neftçi"də. Lakin son sözü çexlər deyəcək.
 
- Vəli Qasımovla Elxan Abdullayevin fərqi nədi?

- Müqayisə aparmaq istəmirem. Avrokuboklarda iştirak etmək üçün hazır olmalıyıq. Bu il "Neftçi" ona hazır deyildi.  Hazırlıqsız komanda ilə avrokubokda iştirak etməyin mənası yoxdu. Hazır olan getməlidi, çünki Avropada hər komandamız Azərbaycanı təmsil edir. Boynuma alıram ki, istədiyim kimi alınmadı. Amma buna görə adamı öldürəsi deyiller axı. Bəzi nüanslar var ki, onları aradan götürməliyik ondan sonra yaxşı olacaq. Məni tələsdirən yoxdu. Deyildi ki, komandanı qaldırmalısan. Bu gün "Qarabağ" bizdən qat-qat güclüdü. Amma sabah necə olacağını heç kim deyə bilməz.
 
- Heç istefa barədə düşünmüsüz?

- Mən döyüşkən insanam. Təzyiq və təhqir ola biler. Amma mən buna görə istefa versəm, onda niyə məşqçi işləyirem ki? Eqoizmi hamımız kənara qoymalıyıq.
 
- Sizə uğursuz məşqçi demək olarmı?

- Bu, sizin işinizdi. Rəhbərlik mənə dəstək olursa, deməli mənə inanır. Nə bilirsiz? Bəlkə məndən nəticə tələb edən yoxdu? Mən burda futbolçulara xərclənən pullara görə sizə hesabat verməməliyəm. Mənə o qədər azarkeş zəng edib dəstək verir ki...  Amma söyüş söyən insan hansı fan klubda olmasından asılı olmayaraq menim üçün xuliqandı. Xuliqana xuliqan deyərlər, yaxşı insana yaxşı insan. Birinci dəqiqədən istefa deyilirsə, deməli mənim psixoloji vəziyyətimi gərginləşdirmək istəyirler. Elə bilirsiz mən konfransa sevinərək gəlirəm? Bu, mənim işimdi, gəlməsəm, cərimələnərəm. Mən "Neftçi"nin baş məşqçisiyəm, sevməsəniz də, dözməlisiz. Siz mənə təşəkkür etməliydiniz ki, gəlib konfransda şablon sözlər demirəm.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR