“Əslində mən varlı xanımam...” - Əməkdar artist

“Əslində mən varlı xanımam...” - Əməkdar artist
20:47 29 Aprel 2017
180 Şou
Ölkə mətbuatı
A- A+

ATV kanalında mənə qarşı olan qadağa aradan götürülüb. Barışmışıq. İndi hər şey yaxşıdır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Mehriban Xanlarova deyib.

Xatırladaq ki, bir müddət əvvəl aktrisa ATV telekanalında yayımlanan proqram və seriallarda çıxışının qadağan edildiyini deyərək, Vüqar Qaradağlıya qarşı sərt ittihamlar səsləndirmişdi.

Aktrisa yeni serialla ekranlara qayıdacağının müjdəsini də verib:

"Bilirsiniz ki, uzun müddət seriallarda çəkilmədim. Buna səbəb tamaşaçıların qarşısına yaxşı obrazla çıxmaq idi. Bir serial təklifi almışam. Dəqiqləşəndən sonra bu haqda ətraflı açıqlama verəcəyəm".

Son olaraq "Nazlı" romantik komediyasında rol aldığını deyən aktrisa filmdə kəndli qadın obrazını yaratdığını bildirib:

"Filmdə məni başqa ampulada görəcəksiniz. Əslində, çox varlı bir xanımam, sadəcə baş roldakı qızı düz yola gətirmək üçün kənd qadını obrazına girməyə məcburam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR