Gəncədə baş vermiş yol qəzasında 2 nəfər xəsarət alıb

Gəncədə baş vermiş yol qəzasında 2 nəfər xəsarət alıb
20:52 29 Aprel 2017
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 29 aprel. REPORT.AZ/ Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun Gülüstan qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, "Niva" markalı avtomobil hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21011"-in sürücüsü, 1980-ci il təvəllüdlü Ceyhun Yüsibov və sərnişini, əmisi oğlu, 1992-ci il təvəllüdlü Elşən Yüsibov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Digər avtomobildə olanlardan isə xəsarət alanlar olmayıb.
Faktla bağlı araşdırma aparılır.                       

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-bas-vermis-yol-qezasinda-2-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR