Gəncədə qəza: 2 yaralı

Gəncədə qəza: 2 yaralı
20:57 29 Aprel 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Gəncə-Göygöl avtomobil yolunun Gülüstan qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, "Niva" markalı avtomobil hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21011"-in sürücüsü, 1980-ci il təvəllüdlü Ceyhun Yüsibov və sərnişini, əmisi oğlu, 1992-ci il təvəllüdlü Elşən Yüsibov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Digər avtomobildə olanlardan isə xəsarət alanlar olmayıb.
Faktla bağlı araşdırma aparılır.     

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR